Əməkdaşlarımız artıq öz ideyalarını bölüşüblər. Sən də qatıl!
Müştərilərlə iş üzrə baş mütəxəssis, Absheron filial
2279
Optimus sistemində Fatka Poçt indexinin optimizasiyası
Optimus sistemində kart sifarişi zamanı müştərinin qeydiyyatda olduğu rayonun poçt indeksi avtomatik olaraq göstərilir. Bununla yanaşı, təklif olunur ki, Optimusda poçt indeksini manual olaraq daxil etmək imkanı olan bir pəncərə əlavə edilsin.
Bu dəyişiklik müştərinin faktiki yaşayış ərazisinin düzgün poçt indeksinin daxil edilməsini təmin edəcək, beləliklə FATCA sənədlərinin düzgün hazırlanması və müştəri məlumatlarının dəqiq şəkildə təqdim edilməsi təmin olunacaqdır.
Müştərilərlə iş üzrə aparıcı mütəxəssis Neftciler
2953
ELMA BPM-də Cari Hesabdan Çıxarışda Dil Seçiminin Əlavə Edilməsi
ELMA BPM sistemində cari hesabdan çıxarışların təqdim edilməsi prosesinin optimallaşdırılması məqsədilə, dil seçimi xüsusiyyətinin əlavə edilməsi təklif olunur. Bu xüsusiyyət xarici müştərilərimizə və xarici ünvanlara (səfirliklər və digər xüsusi qurumlar) çıxarışların təqdim edilməsini asanlaşdıracaq.
Dil seçimi imkanı sayəsində, müştərilər çıxarışları öz ana dilində ala biləcəklər, bu da xidmətin keyfiyyətini artıracaq və beynəlxalq müştəri bazasına daha əlverişli xidmət təqdim edəcəkdir. Bu dəyişiklik, həmçinin sənədin düzgünlüyünü və anlayışını təmin edəcəkdir.
Əməliyyatçı- kassir, Tovuz Shobe
4482
Birbank Tətbiqində Dövlət Ödənişlərinin Optimallaşdırılması
Birbank tətbiqində dövlət ödənişlərinin optimallaşdırılması məqsədilə, istifadəçilərin ödənişləri daha rahat və sürətli etməsi üçün təsnifat kodunun seçilməsi üçün axtarış bölməsi əlavə edilməsi təklif olunur. Bu xüsusiyyət, istifadəçilərin ödəniş prosesini asanlaşdıracaq və doğru təsnifat kodunu tapmalarını sürətləndirəcəkdir.
Axtarış bölməsi vasitəsilə istifadəçilər, ödəniş növünə uyğun təsnifat kodlarını asanlıqla tapa bilər, bu da ödəniş prosesində səhvlərin qarşısını alacaq və əməliyyatları daha sürətli edəcəkdir.
Müştərilərlə iş üzrə baş mütəxəssis, Genclik
2156
Birbank biznesde SMS Xəbərdarlıq Xidmətinin Aktivləşdirilməsi
Ferdi sahibkarlar və hüquqi şəxslərin direktorları üçün SMS xəbərdarlıq xidmətinin təqdim edilməsi təklif olunur. Bu xidmət vasitəsilə müştərilər mədaxil və ya məxaric əməliyyatları ilə bağlı məlumatları öz mobil telefonlarına asanlıqla ala bilərlər.
SMS xəbərdarlıq xidmətini aktivləşdirmək üçün, müştərilər mobil telefon nömrələrini təqdim etməklə xidmətə qoşula bilərlər. Xidmətin aylıq abunə haqqı 5 AZN olaraq müəyyən edilə bilər. Alternativ olaraq, tarif paketi alan müştərilərə bu xidmət pulsuz təqdim oluna bilər və bu xidmət tarif paketinin menyusuna daxil edilə bilər.
Bu təklifin tətbiqi müştərilərə maliyyə əməliyyatları ilə bağlı daim yenilənmiş məlumat almaq imkanı verəcək, həmçinin müştəri məmnuniyyətini artıracaqdır.
Əməliyyatçı - kassir / Gadabey filial
3394
Valyuta Mübadiləsi Prosesinin Avtomatlaşdırılması
Valyuta mübadiləsi prosesində 500 USD və daha yüksək məbləğlərdə əlavə anketin çıxması təklif olunur. Bu ankette əks olunan məlumatlarda Bank işçisinin A.S.A bölməsi də göstəriləcəkdir. Təklif edilir ki, A.S.A bölməsi avtomatik olaraq sistem tərəfindən doldurulsun.
Bu dəyişiklik, əməliyyat prosesini sürətləndirəcək və işçilərin əlavə məlumatları əl ilə daxil etməsi ehtiyacını aradan qaldıracaq, nəticədə iş proseslərinin effektivliyini artıracaqdır.
Müştərilərlə iş üzrə aparıcı mütəxəssis, Bakixanov
2058
Müştəri adına rəsmiləşdirilmiş məhsulların müqavilələrinin Birbank proqramından əldə olunması
Müştərilərin adına rəsmiləşdirilmiş Birbank və ya kredit müqavilələrinin Birbank mobil tətbiqinə əlavə edilməsi təklif olunur. Bu dəyişiklik, müştərilərə müqavilələrin elektron versiyalarına asanlıqla daxil olmağa imkan verəcək və filiala müraciətlərin azalmasına səbəb olacaqdır.
Müştərilər müqavilə məlumatlarını istənilən vaxt və yerdə yoxlaya biləcək, bu da xidmətin sürətini və effektivliyini artıracaq, həmçinin müştəri məmnuniyyətini yüksəldəcəkdir.
Baş mütəxəssis, Xidmət keyfiyyətinə nəzarət şöbəsi
1375
Çek Vərəqi ilə Məxaric Əməliyyatlarının Avtomatlaşdırılması
Çek vərəqi ilə hesabdan məxaric əməliyyatlarının prosesinin avtomatlaşdırılması təklif olunur. Bu dəyişiklik, ELMA sistemində məsrəf məqsədləri üzrə yeni təyinatların yaradılmasını təmin edəcəkdir. Təyinatlar aşağıdakılar olacaq:
Mal və xidmətlərin alınması
Təsərrüfat xərcləri
Alqı-satqı
Kreditin məxarici
Borc müqaviləsi əsasında məxaric
Digər
Bu yenilik, əməliyyatların düzgün təsnifatını təmin edəcək, avtomatik şəkildə hesabatların yaradılmasını sürətləndirəcək və mühasibatlıq proseslərinin daha şəffaf və effektiv olmasını təmin edəcəkdir.
Samux rayon filialı, Baş mütəxəssis
3255
Birbank biznesdə marketplace
Birbank biznesdə bankın müəyyən qrup müştərilərinin öz məhsullarını və ya göstərdikləri xidməti digər müştərilər üçün təklif etmək imkanı yaradılsın. Təklif edilən xidmətlərdən istifadə etmək istəyən digər müştərilər isə xəritə üzərindən və ya digər parametrlər üzrə özlərinə ən yaxın olan şirkəti axtarış verib faydalana bilsin. Bu xidmətin ilkin olaraq pulsuz və ya xırda komissiya qarşılığında təklif etmək olar gələcəkdə birbank üzrərindən təklif olunmuş mal və ya xidmətə görə əlavə xidmət haqqı tutmaq olar.
Gənclik Filialı, Baş Mütəxəssis
2153
Hüquqi şəxs və fərdi sahibkarların hesablarından çıxarışların çatdırılması
Təklifim hüquqi şəxs və fərdi sahibkarların hesablarından çıxarışların (bankın rəsmi ştampı və əməkdaşın imzası olmaqla) çatdırılması ilə bağlıdır. Müştərilər birbank biznes tətbiqində online formatda bankın loqosu ilə götürə bilirlər. Lakin bəzi dövlət orqanları (məs vergi xidməti) bəzi hallarda bankın imza və möhürü ilə tədiqlənmiş çıxarış istəyirlər. Yəni müştəri sifarişi yaradır, asan imza ilə təsdiq edir,rüsumu ödəyir və kuryer tərəfindən çıxarış çatdırılır. Düşünürəm ki bu xidmət bankda müştəri məmnuniyyətinin artmasına müsbət təsir edəcək.
Xətai filialı, Müştərilərlə iş üzrə aparıcı mütəxəssis
2229
Müqavilələrin beynəlxalq dildə təqdim olunması
Bankımızda qeyri-rezident, rus dilli və xarici müştərilər çox olduğundan depozit müqaviləsi ,kart sifarişi müqavilələri və digər müştəriyə təqdim olunan və müştəri tərəfindən imzalanmalı olan sənədlər müştəriyə başa düşülən beynəlxalq dildə təqdim edilməsi Kapital Bankı müştərilərinin məmnuniyyətinə və bank imicinə müsbət təsir edərdi .
İnsan Resursları, Kiçik mütəxəssis
Birbank ilə 196-ya zəng
Müştəri tətbiqə daxil olaraq internet trafiki ilə 196 ilə əlaqə yarada bilsin.
Azadlıq filialı, Baş mütəxəssis
8251
GHS əmanəti üzrə Taksit kartı satışı
Müştəri cəlbi üçün dollar ilə vəsait yerləşdirən və rəsmi olaraq iş yeri olmayan müştərilərə 5000 USD - 10000 USD GHS əmanəti üçün 500 AZN limiti olan birbank 10.000 USD yuxarı olan əmanətlərə isə limiti 1000 AZN olan bir bank təklif edilməsini bildirmək istərdim. Fikrimcə USD valyutasında olan əmanətləri daha cəlb etmiş olarıq çünki bunu müraciət edən müştərilərdə bildirir, təminat kimi əmanəti göstərmək olar.
Səbail filialı, İpoteka üzrə mütəxəssis
2084
Birbank-da kredit kalkulatoru
Müştəri kalkulyatorda "məhsulun növü" bölməsindən, bankın bütün kredit məhsulları ilə tanış olub, ardınca isə gəlir və digər məlumatların daxil edib, müraciət etdiyi kredit məhsulu üzrə təklif olunan məbləği öyrənə bilər.
Balakən şöbəsi, Aparıcı əməliyyatçı-kassir
4487
Sahibkar kart şərtlərində dəyişiklik
Müştərilər sahibkar kartdan Birbank ilə özlərinin, yaxud digər vətəndaşların Birbank debet kartlarına komissiyasız köçürmə edərək nağdlaşdırma həyata keçirirlər. Misal olaraq, müştəri 15 min AZN nağdlaşdırmaq istədikdə normalda 1% vergi, 0.5% bank x/h tutulmalıdır. 75 AZN bank bundan gəlir əldə etməli olduğu halda müştəri bunu 3 fərqli Birbank kartı ilə komissiyasız nağdlaşdıra bilir. Təklifim odur ki, Sahibkar kartdan bank daxili köçürmə zamanı bank x/h tutsun.
Nərimanov rayon filialı, Aparıcı mütəxəssis
2126
Partnyorlarda QR kodla ödəniş
Müştəri online mağazada alacağı məhsulları seçir, şəxsi məlumatlarını doldurur və ödəniş üsulunu seçir. Bizim QR əlavə olunur, müştəri istəsə ənənəvi üsulla ödəyə bilər, ya da QR Birbankda oxuda bilər. QR skan edildikdən sonra, proses Birbankda davam edir. Müştəri qəbz əldə edir, müvafiq məlumatlar Birbankda öz əksini tapır. Saytda səhifə yenilənir, əməliyyat uğurla keçdiyi qeyd edilir və müştəriyə müvafiq məlumatlar təqdim olunur.
Gənclik filialı, Baş mütəxəssis
2156
ADM-də kartdan cari hesaba mədaxil
ADM-lərdə müştəri ödəniş edən zaman sonda nağd seçimdən əlavə kart seçimi də olsun.Belə ki,sahibkar debet kartdan cari hesaba mədaxil edə bilsin. Əlavə kartla ödəniş bəndi olsun,müştəri kartın panın və ya kart hesabın yazaraq köçürməni həyata keçirsin. Belə olan halda müştəri filialda vaxt itirmədən vəsaitin ADM tərəfindən sayılmasını gözləmədən birbaşa olaraq mədaxil edib filialı tərk edəcəkdir.
PŞİED, Mütəxəssis
0123
POS elektron təlimat kitabçası
Hal-hazırda partnyorlarımıza POS terminalla yanaşı əlavə təlimat kitabçası da təqdim olunur. Həmin kitabçaların hazırlanması və nəzarəti Bankımız üçün müəyyən xərc və vaxt itkisi olur. Bununla bağlı, təklif edirəm ki, terminalın üzərinə QR stiker əlavə olunsun və müştəri onu skan edərək təlimat kitabçasını elektron formada əldə etsin.
Bravo 3 Filialı, Baş Mütəxəssis
2339
QR ilə DVS yönləndirmə
Rəsmiləşdirmə zamanı DVS imzalanma hissəsində müştərinin telefonu ilə müəyyən səbəblərdən asılı olaraq DVS imzalanma həyata keçirmək mümkün olmadıqda sənəd çapı hissəsində cari anda ənənəvi qaydada dəyişiklik etdiyimiz kimi Optimus-da “QR formalaşdır” bir xana yaradılsın. Həmin QR formalaşan zaman telefona gələn linki vaxt itirərək yazmaq əvəzinə, rahat bir şəkildə planşetlə QR kodu skan edib prosesə sürətli şəkildə davam edə bilərik.
Gənclik Filialı, Baş Mütəxəssis
2156
Kredit şərtlərində dəyişiklik
Hərbiçilərdə arayış alınması çox zaman müştərilərdə problem yaradır, hansı ki, bəzən HH-dən ala bilmirlər və yaxud buna özləri də maraqlı olmur - gedib digər banklardan kredit götürürlər. Təklif edirəm ki, hərbiçilər, vergi, gömrük və ona bərabər tutulan güc strukturlarında stajın müəyyənləşdirilməsi (6 AY) üçün işçi vəsiqəsində olan verilmə tarixini əsas götürərək rəsmiləşmə edək.
Ən yaxşı ideya müəllifləri xüsusi təşəkkürnamə və
hədiyyələr ilə təltif olunurlar!
Problemi müəyyən edək
Bazar və data araşdırması edək
Banka qatacağı dəyəri təyin edək
Həll yolunu təklif edək